XİN rəhbəri: "Ermənistan qoşunlarının Azərbaycanın işğal olunan ərazilərindən çıxarılması danışıqlar prosesində ən mühüm irəliləyiş olardı"

XİN rəhbəri: "Ermənistan qoşunlarının Azərbaycanın işğal olunan ərazilərindən çıxarılması danışıqlar prosesində ən mühüm irəliləyiş olardı" Məmmədyarov: "Parisdəki görüş pozitiv addım idi"
Qarabağ
3 Noyabr , 2014 15:13
XİN rəhbəri: Ermənistan qoşunlarının Azərbaycanın işğal olunan ərazilərindən çıxarılması danışıqlar prosesində ən mühüm irəliləyiş olardı

Bakı. 3 noyabr. REPORT.AZ/ "Ermənistan qoşunlarının Azərbaycanın işğal olunan ərazilərindən çıxarılması haqqında qərar danışıqlar prosesində ən mühüm irəliləyiş olardı". "Report"un xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və Ermənistan prezidentlərinin oktyabr ayının 27-də Parisdə keçirdikləri görüşləri şərh edərkən deyib.

Nazir qeyd edib ki, Ermənistan qoşunlarının işğal olunan ərazilərdən çıxarılması halında nə snayper məsələsinə, nə də qoşunların təmas xəttində ayrı-ayrı insidentlərin müzakirəsinə ehtiyac qalmazdı. "O zaman sülhün əldə olunması istiqamətində işləmək olar" - deyə, o bildirib.

Azərbaycanın XİN rəhbəri qeyd edib ki, prezidentlərin hər bir görüşü pozitiv addımdır. "ATƏT-in Minsk qrupunun həmsədrləri və Fransanın prezidenti Fransua Olland ilə geniş müzakirələr aparılıb. Yekunda ciddi tərəqqinin əldə olunmasına baxmayaraq, görüşün keçirilməsi pozitiv addım idi" - deyə, Məmmədyarov vurğulayıb.

O, ATƏT-in MQ həmsədrlərinin dekabr ayının əvvəllərində İsveçrənin Bazel şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin növbəti görüşünün keçirilməsini planlaşdırdıqlarını təsdiqləyib. 

Son xəbərlər

Orphus sistemi