XİN: Qarabağ münaqişəsi Rusiya üçün çox ciddi məsələdir

XİN: Qarabağ münaqişəsi Rusiya üçün çox ciddi məsələdir Mariya Zaxarova: "Rusiya ATƏT-in Minsk qrupunun üzvü kimi öz roluna tam sadiqdir"
Qarabağ
20 İyun , 2018 15:54
XİN: Qarabağ münaqişəsi Rusiya üçün çox ciddi məsələdir
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova / Report
0 : 00
0 : 00

Moskva. 20 iyun. REPORT.AZ/ "Rusiya ATƏT-in Minsk qrupunun üzvü kimi öz roluna tam sadiqdir".

"Report"un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Samara şəhərində təşkil edilən brifinqdə deyib.

"Report"un müxbirinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yaxın zamanlarda Moskvada görüşünün keçirilməsinin mümkünlüyü barədə sualına cavab olaraq Rusiya XİN rəsmisi Rusiyanın münaqişənin həllində istənilən yardımı etməyə hazır olduğunu bildirib.

"Belə planlar (nazirlərin görüşü) olacaqsa, ölkələrin nümayəndələri bu barədə məlumat verəcəklər. Rusiya böhran vəziyyətində olan nizamlama prosesinə effektiv və konstruktiv töhfə verməsi, həmçinin iki ölkə arasında münasibətlərin normallaşması üçün əlindən gələni edəcək. Rusiya üçün bu, çox ciddi məsələdir", - deyə M.Zaxarova vurğulayıb.

Son xəbərlər

Orphus sistemi