Yuxarı
    Bağlamaq

    Azərbaycan XİN: Payızda həmsədrlərin regiona təkrar səfəri planlaşdırılıb

    Görüşdə hər hansı mexanizmlərin yaradılması müzakirə mövzusu olmayıb© Report

    Bakı. 12 iyul. REPORT.AZ/ Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu il iyulun 11-də Brüsseldə keçirilmiş görüşü ilə əlaqədar Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama verib.

    "Report"un xəbərinə görə, o bildirib ki, görüşdə görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən xarici işlər nazirlərinin bu il BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşünün keçirilməsi təklif edilib və Azərbaycan tərəfi bu təklifə razılığını bildirib: "Həmsədrlər tərəfindən Azərbaycan və Ermənistan Prezidentlərinin görüşü barəsində təklif hər iki ölkənin xarici işlər nazirləri tərəfindən dövlət başçılarına məruzə ediləcək. 2017-ci ilin payızında həmsədrlərin regiona təkrar səfəri planlaşdırılıb.

    Görüş əsnasında xarici işlər naziri Elmar Məmmədyarov bir daha bildirib ki, münaqişə ilə əlaqədar gərginliyin azaldılması və regionda təhlükəsizliyin təmin olunması üçün həmsdərlərin təqdim etdikləri mövcud planlara uyğun olaraq, Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır.

    Görüşdə hər hansı mexanizmlərin yaradılması müzakirə mövzusu olmayıb".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi