XİN: Kanada parlamentinin bəzi üzvləri Ermənistanın əlində təbliğat alətinə çevriliblər

XİN: Kanada parlamentinin bəzi üzvləri Ermənistanın əlində təbliğat alətinə çevriliblər Kanada mətbuatında dəcr olunan məqalədə Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etdiyi qeyd edilib
Qarabağ
2 Sentyabr , 2017 12:48
XİN: Kanada parlamentinin bəzi üzvləri Ermənistanın əlində təbliğat alətinə çevriliblər
Hikmət Hacıyev / Report

Bakı. 2 sentyabr. REPORT.AZ/ "Kanada parlamentinin bəzi üzvləri Ermənistanın təbliğat alətinə çevriliblər və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymurlar".

"Report" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Kanada mətbuatına müsahibəsində bildirib. 

H.Hacıyevin Kanada parlamenti üzvlərinin Azərbaycanın işğal olunan ərazilərinə qanunsuz səfərlərinə ilə bağlı fikirləri ölkənin aparıcı KİV-lərindən olan “The Globe and Mail”-da dərc olunub. “İki mühafizəkar parlament üzvünün işğal olunan ərazilərə səfər etdikləri üçün Azərbaycana girişlərinə qadağa qoyulub” (Two Conservative MPs banned from Azerbaijan for visiting occupied territories) adlı məqaləni Kanadanın aparıcı jurnalisti Robert Fifi yazıb. 

Məqalədə Kanada parlamentinin üzvləri Toni Kleman və Reyçel Harderin son 16 ayda ardıcıl və qanlı toqquşmaların baş verdiyi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərə səfərləri səbəbindən Azərbaycana girişlərinə qadağa qoyulduğu bildirilib.

Məqalədə Azərbaycan XİN-in rəsmisinin sözlərindən sitatlar gətirilərək 1 milyondan artıq azərbaycanlının etnik təmizlənməyə məruz qaldığı, kanadalı parlamentarların bu kimi səfərlərinin sözügedən etnik təmizlənməyə dəstək verdikləri və bu addımın tamamilə mənəvi etik dəyərlərdən kənar olduğu vurğulanıb. 

Həmçinin, məqalədə Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etdiyi qeyd olunub.

Qəzetə açıqlama vermək məcburiyyətində qalan və qeyri-qanuni səfərdə iştirak edən Toni Kleman bu səfərin guya humanitar xarakter daşıdığı və münaqişədə tərəf tutmadığını deyərək özünə bəraət qazandırmağa çalışıb. Səfərin maliyyələşməsinə gəlincə, deputat etiraf etməli olub ki, bu səfər dolayısı yolla Amerika Erməni Milli Komitəsinin Kanada bürosu tərəfindən təşkil olunub. Həmin komitə rasist və kriminal erməni lobbi təşkilatıdır.

Məqalədə Kanada XİN rəsmisinin də fikirləri dərc olunub. O, Kanada hökumətinin vətəndaşlarını Dağlıq Qarabağa səfərlərdən çəkinməyə çağırdığı və Kanadanın ATƏT-in Minsk qrupunun münaqişənin həlli ilə bağlı səylərini dəstəklədiyi qeyd edib. 

Son xəbərlər

Orphus sistemi