Yuxarı
    Bağlamaq

    XİN indoneziyalı jurnalistin Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinə münasibət bildirib

    Cakartadakı səfirliyə bu məsələni araşdırmaq tapşırığı verilib

    Bakı. 11 yanvar. REPORT.AZ/ Xarici İşlər Nazirliyi indoneziyalı xanım jurnalist Fameqi Putrinin Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri ilə bağlı məsələyə münasibət bildirib.

    Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev "Report"a bildirib ki, Azərbaycanın Cakartadakı səfirliyinə bu məsələni araşdırmaq tapşırığı verilib.

    Qeyd edək ki, daha əvvəl bir sıra Ermənistan KİV-i "Tempo" nəşrinin jurnalisti Fameqa Putrinin Ermənistana və Azərbaycanın işğal olunmuş ərazilərinə - Dağlıq Qarabağa səfər etdiyini və oradan reportaj hazırladığını məlumat verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi