Yuxarı
    Bağlamaq

    XİN: Qondarma Dağlıq Qarabağ rejimi təmsilçisinin İspaniyada keçiriləcək tədbirdə iştirakının qarşısı alınıb

    Ermənistan tərəfi yenə də təxribatçı məqsədlərlə İspaniyada keçiriləcək tədbirdə qondarma rejimin təmsilçisinin iştirakına cəhd edib© Report.az

    Bakı. 1 may. REPORT.AZ/ Mayın 5-dən 15-dək İspaniyada keçiriləcək Costa Blanca Fashion Week-də Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazilərində yaradılan qondarma rejimin təmsilçisinin iştirakının qarşısı alınıb.

    Bunu "Report"a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

    Onun sözlərinə görə, Ermənistan tərəfi yenə də təxribatçı məqsədlərlə bu tədbirdə qondarma rejimin təmsilçisinin iştirakına cəhd edib: "Məsələ ilə əlaqədar ölkəmizin İspaniyadakı səfirliyi bu ölkənin müvafiq qurumlarına, o cümlədən tədbirin təşkilatçılarına müraciətlər edib və Ermənistanın növbəti təxribatının qarşısını almaq üçün digər zəruri tədbirlər görüb".

    H.Hacıyev əlavə edib ki, Benidorm şəhər İcra Hakimiyyətindən Azərbaycan səfirliyinə məlumat verilib ki, sözügedən tədbirdə qondarma rejimin təmsilçisinin iştirakının qarşısı alınıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi