Bakı. 22 may.
"Report"un məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, Ermənistan Respublikası BMT Nizamnaməsinin 2(4) maddəsini kobud şəkildə pozaraq, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı güc tətbiq edib və Azərbaycanın ərazilərini işğal edib: "
"Azərbaycana qarşı başlayan və bu günədək davam edən təcavüz və ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin hərbi işğalı, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu, yüz minlərlə Azərbaycan vətəndaşının işğal edilmiş ərazilərdən qovulması və bu ərazilərdə evlərinə qayıdaraq mülkiyyətlərindən istifadəsinə imkan verilməməsinə cavabdeh olan Ermənistan Respublikası baş vermiş və davam edən beynəlxalq hüququn pozulmasına görə tam beynəlxalq məsuliyyət daşıyır. Azərbaycana qarşı gücdən istifadəyə və Azərbaycan ərazilərinin hərbi işğalına görə daşıdığı beynəlxalq hüquqi məsuliyyətinə görə münaqişə tərəfi məhz Ermənistan Respublikasıdır. İşğalçı dövlət olaraq Ermənistanla 25 ildən artıq dövr ərzində danışıqların aparılması Azərbaycanın ən böyük güzəştidir. Ermənistanın əvvəlki rejimin səhvlərini təkrarlamayaq işğal və etnik təmizləmə siyasətinə son qoyması və öz qoşunlarını BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarması ilə regionda davamlı sülh və təhlükəsizlik təmin oluna bilər. Ermənistan bu reallığı nə qədər tez dərk edərsə, bir o qədər tez regionda sülh bərqərar olar", - H.Hacıyev qeyd edib.