XİN: Ermənistanın siyasəti nəticəsində danışıqlar prosesi təhlükə altındadır

XİN: Ermənistanın siyasəti nəticəsində danışıqlar prosesi təhlükə altındadır Bakı. 17 sentyabr. REPORT.AZ/ Ermənistanın Baş naziri tərəfindən bu cür yalan informasiya verilməsi kontrproduktivdir və bu bir daha göstərir ki, Emənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində mövqesi qeyri-ciddidir, ziddiyyətli xarakter daşıyır.
Qarabağ
17 Sentyabr , 2018 14:57
XİN: Ermənistanın siyasəti nəticəsində danışıqlar prosesi təhlükə altındadır
Report

Bakı. 17 sentyabr. REPORT.AZ/ "Ermənistanın Baş naziri tərəfindən bu cür yalan informasiya verilməsi kontrproduktivdir və bu bir daha göstərir ki, Emənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində mövqesi qeyri-ciddidir, ziddiyyətli xarakter daşıyır".

Bunu Ermənistanın baş naziri Nikol Paşinyanın guya son üç gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın üç əsgərinin öldürülməsi barədə dediklərini "Report"a şərh edərkən Azərbaycan XİN-nin Mətbuat Xidmətindən bildiriblər.

"Bizim Müdafiə Nazirliyimiz də artıq bu dezinformasiyanı təkzib edib. Ermənistan bununla vəziyyətin gərginləşməsinə və danışıq prosesinin pozulmasına cəhd göstərir. ATƏT-in Minsk Qrpunun həmsədrlər ölkələri də bunu nəzərər almalıdırlar ki, Ermənistanın bu cür siyasəti nəticəsində danışıqlar prosesi təhlükə altındadır".

Son xəbərlər

Orphus sistemi