Yuxarı
    Bağlamaq

    XİN: Ermənistanın mövqeyi həmsədrlərinin münaqişənin həllinə dair mövqeyi və mövcud reallıqla ziddiyyət təşkil edir

    Nalbandyan bu qəbildən olan açıqlamaları ilə danışıqlar prosesinə yad bir adam olduğu təəssüratını yaradır

    Bakı. 16 mart. REPORT.AZ/ "Ermənistanın mövqeyi beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin münaqişənin həllinə dair mövqeyi və mövcud reallıqla ziddiyyət təşkil edir". Bu barədə "Report"a Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın ATƏT-dəki çıxışı və Sloveniya jurnalına verdiyi müsahibəsində Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar söylədiyi ziddiyyətli fikirləri şərh edərkən bildirib.

    "Nalbandyan bu qəbildən olan açıqlamaları ilə danışıqlar prosesinə yad bir adam olduğu təəssüratını yaradır. Bu açıqlamaların Nalbandyanın özünə, yoxsa Ermənistan prezidentə aid olması sualına cavab tapmaq çox maraqlı olardı", - H. Hacıyev deyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi