Yuxarı
    Bağlamaq

    XİN: "Ermənistanın bu kimi məsuliyyətsiz və cinayətkar davranışı beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə qınanılmalıdır"

    Bu fakt bir daha ona dəlalət edir ki, Ermənistan insanlığa xas etik və mənəvi davranışdan tamamilə uzaqdır

    Bakı. 2 sentyabr. REPORT.AZ/ "Ermənistan tərəfindən mülki Azərbaycan vətəndaşlarına qarşı törədilmiş bu son müharibə cinayəti əməli də Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri tərəfindən beynəlxalq təşkilatlar qarşısında qaldırılacaqdır". 

    Bunu "Report"a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. 

    O qeyd edib ki, 2015-ci ilin sentyabrın 1-də Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindəki mövqelərindən Azərbaycan Respublikasının Tərtər rayonunun Qapanlı kəndi ərazisində mülki insanların kütləvi şəkildə cəmləşdiyi toy mərasimini qəsddən atəşə tutması və nəticədə aralarında azyaşlı uşağın da olduğu üç nəfər şəxsin yaralanması Ermənistan tərəfindən növbəti dəfə beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması faktıdır: "Beynəlxalq humanitar hüquqa əsasən birbaşa və qəsddən mülki şəxslərə qarşı hücumlar qəti şəkildə qadağan edillib. Silahlı münaqişələr vaxtı mülki əhali, o cümlədən fərdi mülki şəxslər heç bir halda silahlı hücumun hədəf obyekti ola bilməz. Beynəlxalq cinayət hüququna uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin qəsddən törətdiyi bu əməl müharibə cinayətidir.

    Bu fakt bir daha ona dəlalət edir ki, Ermənistan beynəlxalq humanitar hüquq üzrə üzərinə götürdüyü öhdəliklərinə riayət etmək, insanlığa xas etik və mənəvi davranışdan tamamilə uzaqdır.

    Xocalı soyqırımı kimi insanlıq əleyhinə cinayəti törətmiş Ermənistanın mülki və hərbi rəhbərliyi üçün mülki şəxslərin kütləvi şəkildə qətlə yetirilməsi artıq adət halına çevrilmişdir. Hələ 8 mart 2011-ci ildə Ermənistan silahlı qüvvələrinin snayper atəşi nəticəsində 9 yaşlı Fariz Bədəlov qətlə yetirilmişdi.

    Son hadisə də daxil olmaqla, Ermənistanın bu kimi məsuliyyətsiz və cinayətkar davranışı beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə qınanılmalıdır.

    Ermənistanın məqsədyönlü şəkildə atəşkəs rejimini pozması və cəbhə xəttində vəziyyəti qəsddən gərginləşdirilməsi, qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca təxribatçı əməllər törətməsi, ayrı-seçkilik qoymadan mülki əhalini belə qəsddən silahlı hücuma məruz qoyması, eləcə də bu günlərdə işğal edilmiş ərazilərdə yaradılmış qondarma kriminal rejimin “müstəqilliyi” adı altında Ermənistanın siyası rəhbərliyinin iştirakı ilə Xankəndi şəhərində tədbir təşkil etməsi, 13 sentyabr tarixində qondarma rejimin “yerli idarətetmə orqanları”na qurama “seçki”lər keçirməsi kimi təxribatçı siyasəti bir daha onu sübut edir ki, Ermənistanın əsl məqsədi Azərbaycan ərazilərinin işğalını və mövcud status kvonu davam etdirməkdir.

    Ermənistanın təcavüz və işğala əsaslanan bu siyasəti münaqişənin həlli prosesinə və regionda sülh və sabitliyin bərqərar olmasına bilavasitə təhlükədir.

    Azərbaycan tərəfi dəfələrlə bəyan etmişdir ki, yaranmış bu vəziyyətə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi