​XİN: “Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdırlar”

​XİN: “Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdırlar” Hikmət Hacıyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Karen Mirzoyanla görüşünə münasibət bildirib
Qarabağ
10 Fevral , 2015 16:59
​XİN: “Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdırlar”

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin Yerevan şəhərində Karen Mirzoyan ilə görüşünə münasibət bildirib. 

“Report”un xəbərinə görə, nazirlik sözçüsü bildirib ki, bu görüş barəsində Azərbaycan tərəfinin əvvəlcədən məlumatı olub: “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdırlar. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin rəhbərlik etdiyi nümayəndə heyəti 2014-cü ilin oktyabr ayında Azərbaycanda səfərdə olan zaman Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ilə görüşüb və münaqişənin həllinə dair onların baxışlarını dinləyib. Azərbaycan tərəfindən dəfələrlə vurğulanıb ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icması arasında təmaslar olmalıdır. Avropa İttifaqı bu təmasların təşviq edilməsində öz rolunu oynaya bilər”.

Son xəbərlər

Orphus sistemi