Yuxarı
    Bağlamaq

    XİN başçısının müavini: "Əgər sülh yolu nəticə verməsə, Qarabağda işğala son qoymağın başqa yolunu axtaracağıq"

    Mahmud Məmmədquliyev: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışır© Report

    Bakı. 17 may. REPORT.AZ/ "Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışır. Amma bu yolla sülh əldə olunmasa, işğala son qoyulmasının başqa yollarını axtaracağıq".

    "Report" Bolqarıstanın "Fokus" agentliyinə istinadən xəbər verir ki, bunu Sofiyada olan Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

    O, Dağlıq Qarabağ münaqişəsinin həllinin, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsinin əhəmiyyətini vurğulayıb və əlavə edib ki, regiondakı münaqişələrə seçmə yanaşma Azərbaycan və Ermənistan əhalisinə ziyan vurur.

    "Azərbaycan torpaqlarının 20%-i işğal olunub və nəticədə bir milyondan çox adam qaçqın və məcburi köçkünə çevrilib. Biz münaqişənin həllini üç mərhələdə görürük: torpaqların tədricən azad edilməsi, onların bərpa edilməsi və məcburi köçkünlərin tədricən geri qaytarılması", - deyə M.Məmmədquliyev bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi