XİN başçısı: "Malta Qarabağ münaqişəsi zonasındakı insidentlərə görə narahatdır"

XİN başçısı: "Malta Qarabağ münaqişəsi zonasındakı insidentlərə görə narahatdır" Corc Vella: "Müharibə münaqişənin həlli deyil"
Qarabağ
29 Aprel , 2016 12:35
XİN başçısı: Malta Qarabağ münaqişəsi zonasındakı insidentlərə görə narahatdır

Bakı. 29 aprel. REPORT.AZ/ Malta Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. "Report" xəbər verir ki, bu barədə Malta xarici işlər naziri Corc Vella Bakıda keçirilən mətbuat konfransında bildirib.

O, Maltanın regionda baş verənləri yaxından izlədiyini qeyd edib. "Malta uzunmüddətli sülhün bərqarar edilməsi üçün bütün səyləri dəstəkləyir. Müharibə münaqişənin həlli deyil. Biz də ATƏT və Aİ-nin digər dövlətləri kimi, qoşunların təmas xəttində baş verən insidentlərə görə narahatıq", - deyə Malta XİN başçısı vurğulayıb.

Son xəbərlər

Orphus sistemi