Yuxarı

XİN başçısı: "Litva ATƏT-in Minsk qrupu çərçivəsində sülh prosesini dəstəkləyir"

Litva müdafiə naziri: Biz apreldə vəziyyətin kəskin dərəcədə pisləşməsinə görə narahatıq

Bakı. 13 iyul. REPORT.AZ/ "Litva Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqları prosesini dəstəkləyir".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Litva xarici işlər naziri Linas Linkyaviçyus Ermənistanın müdafiə naziri Seyran Ohanyanla görüşdə deyib.

Vilnüsə səfəri zamanı S.Ohanyan həmçinin litvalı həmkarı, müdafiə naziri Yuozas Olekas ilə görüşüb.

Görüşdə Y.Olekas bu ilin aprel ayında münaqişə zonasında vəziyyətin kəskin şəkildə pisləşməsinə görə narahatlığını bildirib. O, bu silahlı qarşıdurmada həlak olanlara başsağlığı verərək, münaqişənin sülh yolu ilə həllinə heç bir alternativin olmadığını vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi