XİN başçısı: "İsveç Dağlıq Qarabağ münaqişəsinin həllinə köməklik göstərməyə hazırdır"

XİN başçısı: "İsveç Dağlıq Qarabağ münaqişəsinin həllinə köməklik göstərməyə hazırdır" Marqot Vallstrem: "Qarabağ münaqişəsinin həlli Azərbaycan üçün vacib məsələdir"
Qarabağ
10 Fevral , 2016 13:48
XİN başçısı: İsveç Dağlıq Qarabağ münaqişəsinin həllinə köməklik göstərməyə hazırdır

Bakı. 10 fevral. REPORT.AZ/ "İsveç Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yoluyla siyasi həllini və danışıqların ATƏT-in Minsk qrupunun çərçivəsində aparılmasını dəstəkləyir".

"Report" xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Marqot Vallstrem Bakıda Azərbaycanın XİN başçısı Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında deyib.

"Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan üçün vacib məsələdir. Azərbaycanlı həmkarımdan bu münaqişənin həllində İsveçin nə edə biləcəyi ilə maraqlandım. Biz bu məsələdə iştirak etməyə hazırıq. Güc tətbiq etməmək, sərhədlərin toxunulmazlığı və xalqların öz müqəddəratını müəyyən etmək prinsiplərinə riayət etmək lazımdır. Münaqişənin həlli üçün daha geniş formatda görüş keçirilməsinə ehtiyac yaranarsa, biz ATƏT-in Minsk qrupunun üzvü kimi bu görüşdə iştirak etməyə hazırıq ", - deyə Marqot Vallstrem bildirib.

Son xəbərlər

Orphus sistemi