Yuxarı
    Bağlamaq

    XİN: Azərbaycan və Ermənistan XİN başçıları növbəti il üçün danışıqlar prosesinin davam etdirilməsini müzakirə ediblər

    Hikmət Hacıyev: “Həmsədr ölkələrin, Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin birgə işçi şam yeməyi baş tutub”

    Bakı. 9 dekabr. REPORT.AZ/ "ATƏT-in Minsk qrupunun həmsədrlərinin dəvəti əsasında dekabrın 8-də gecə radələrində həmsədrlərin, Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin birgə işçi şam yeməyi baş tutub".

    Bunu "Report"a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

    H.Hacıyevin sözlərinə görə, Hamburqdan görüşündən əvvəl Fransa xarici işlər naziri 2+3 formatında Hamburqda xarici işlər nazirləri səviyyəsində görüş keçirilməsini təklif edib: "Təəssüf ki, Ermənistan tərəfinin destruktiv siyasəti və görüşlərdən qaçmaq siyasəti nəticəsində 2+3 formatında xarici işlər nazirləri səviyyəsində görüş baş tutmadı.

    Şam yeməyi əsnasında həmsədrlərlə növbəti il üçün danışıqlar prosesinin davam etdirilməsi və gündəlikdə duran məsələlər ətrafında fikri mübadiləsi aparılıb". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi