Yuxarı
    Bağlamaq

    XİN: Azərbaycan Qarabağ münaqişəsinin həlli üçün nazirlər səviyyəsində görüşün keçirilməsinə hazırdır

    Hikmət Hacıyev: “Rəsmi Bakı Minsk qrupu həmsədrlərinin nazirlər səviyyəsində görüşü barədə təklifinə razılığını və hazırlığını ifadə edib”© Report

    Bakı. 30 iyun. REPORT.AZ/ "Prezidentlər səviyyəsində Sankt-Peterburqda keçirilən görüşündən sonra verilən birgə bəyanatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistan və Azərbaycanın substantiv danışıqlar aparmalı olduğu təsbit olunub". 

    Bunu "Report"un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

    O qeyd edib ki, bu xüsusda regiona son səfərlərindən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri nazirlər səviyyəsində görüş barədə təklif irəli sürdülər: "Azərbaycan da bu təklifə razılığını və hazırlığını ifadə edib. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, münaqişənin tezliklə həlli və qəbuledilməz və qeyri-davamlı olan status kvonun dəyişdirilməsi üçün substantiv danışıqlara hazırdır".  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi