XİN: Azərbaycan ATƏT-in monitorinq missiyasının üzvlərinin sayının artırılması ideyasını müsbət dəyərləndirir

XİN: Azərbaycan ATƏT-in monitorinq missiyasının üzvlərinin sayının artırılması ideyasını müsbət dəyərləndirir Bakı. 28 dekabr. REPORT.AZ/ Azərbaycan ATƏT-in monitorinq missiyasının üzvlərinin sayının artırılması ideyasını müsbət dəyərləndirir. Amma bu, Dağlıq Qarabağ münaqişəsiylə bağlı substantiv danışıqlarla paralel aparılmalıdır və ATƏT-in Minsk qrupunun səylərinə töhfə verməlidir.
Qarabağ
28 Dekabr , 2017 11:23
XİN: Azərbaycan ATƏT-in monitorinq missiyasının üzvlərinin sayının artırılması ideyasını müsbət dəyərləndirir
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev / Report

Bakı. 28 dekabr. REPORT.AZ/ "Azərbaycan ATƏT-in monitorinq missiyasının üzvlərinin sayının artırılması ideyasını müsbət dəyərləndirir. Amma bu, Dağlıq Qarabağ münaqişəsiylə bağlı substantiv danışıqlarla paralel aparılmalıdır və ATƏT-in Minsk qrupunun səylərinə töhfə verməlidir".

"Report" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

"Biz Ermənistanın beynəlxalq hüququn bütün norma və prinsiplərinə riayət edəcəyini və ilk növbədə qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxaracağını gözləyirik. Cenevrədə keçirilən görüşdən sonra danışıqların substantiv axarda davam etməsini müsbət dəyərləndiririk", - H.Hacıyev bildirib.

Son xəbərlər

Orphus sistemi