Yuxarı

​XİN: Almaniya işğal olunmuş Dağlıq Qarabağdakı seçkiləri tanımayacaq

Almaniya Federal hökuməti nə de-fakto Dağlıq Qarabağdakı rejimi, nə də orada keçirilən seçkiləri tanımır

Bakı. 3 sentyabr. REPORT.AZ/ "Almaniya Federal hökuməti nə de-fakto Dağlıq Qarabağdakı rejimi, nə də orada keçirilən seçkiləri tanımır".

"Report" "Vestnik Kavkaza"ya istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyindən bildirilib.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycanın Xarici İşlər Nazirliyi Azərbaycanın işğal altında olan ərazilərində qondarma separatçı rejimin sentyabrın 13-nə planlaşdırdığı qanunsuz "özünüidarə orqanlarına seçkiləri" pisləyən bəyanat yayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi