XİN: ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvlərinin işğal olunmuş ərazilərə qanunsuz səfəri məsələsi araşdırılır

XİN: ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvlərinin işğal olunmuş ərazilərə qanunsuz səfəri məsələsi araşdırılır "Onlar ABŞ-ın erməni lobbisi və Ermənistan tərəfindən maliyyələşdirilirlər"
Qarabağ
20 Sentyabr , 2017 16:56
XİN: ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvlərinin işğal olunmuş ərazilərə qanunsuz səfəri məsələsi araşdırılır
Report

Bakı. 20 sentyabr. REPORT.AZ/ "Xarici İşlər Nazirliyi ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri Frənk Pallone və Tulsi Qebrdin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri məsələsini araşdırır".

Bu barədə "Report"a XIN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Nazirlik sözçüsünün sözlərinə görə, araşdırma yekunlaşdıqdan sonra onlara münasibətdə müvafiq zəruri addımlar atılacaq: "Özünü ABŞ Konqresinin üzvü kimi təqdim edən bu şəxslər artıq uzun illərdir ABŞ-ın erməni lobbisi və Ermənistan tərəfindən maliyyələşdirilirlər və tam şəkildə ABŞ erməni lobbisindən asılı vəziyyətdədirlər".  

Son xəbərlər

Orphus sistemi