Xələf Xələfov: "Dağlıq Qarabağdakı separatçı rejim danışıqlarda tərəf qismində iştirak edə bilməz"

Xələf Xələfov: "Dağlıq Qarabağdakı separatçı rejim danışıqlarda tərəf qismində iştirak edə bilməz" Bakı. 10 may. REPORT.AZ/ Dağlıq Qarabağdakı separatçı rejim danışıqlarda tərəf qismində iştirak edə bilməz.
Qarabağ
10 May , 2018 17:33
Xələf Xələfov: Dağlıq Qarabağdakı separatçı rejim danışıqlarda tərəf qismində iştirak edə bilməz
Xarici işlər nazirinin müavini Xələf Xələfov / Report
0 : 00
0 : 00

Bakı. 10 may. REPORT.AZ/ "Dağlıq Qarabağdakı separatçı rejim danışıqlarda tərəf qismində iştirak edə bilməz".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. 

"Bu nonsensdir, real deyil. Bu, danışıqlar prosesinə və onun predmetinə uyğun deyil. Dağlıq Qarabağ Azərbaycanın ərazisidir", - o qeyd edib.

Nazir müavini vurğulayıb ki, danışıqların formatı əvvəldən müəyyən olub: "Müzakirə predmeti yalnız işğal olunmuş ərazilərin azad olunması və Dağlıq Qarabağdakı erməni azlığının azərbaycanlılarla birgə yaşamasıdır".

Son xəbərlər

Orphus sistemi