Xarici KİV nümayəndələri və hərbi attaşelər ermənilərin yaraladığı Sərvinaz Quliyevaya baş çəkiblər

Xarici KİV nümayəndələri və hərbi attaşelər ermənilərin yaraladığı Sərvinaz Quliyevaya baş çəkiblər Səfər Azərbaycan XİN, Müdafiə Nazirliyi və Baş Prokurorluq və Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunub
Qarabağ
6 İyul , 2017 11:44
Xarici KİV nümayəndələri və hərbi attaşelər ermənilərin yaraladığı Sərvinaz Quliyevaya baş çəkiblər

Bakı. 6 iyul. REPORT.AZ/ Azərbaycanda akkreditasiya olunmuş xarici KİV nümayəndələri, hərbi attaşeləri Füzuli rayonunda səfərdədirlər.

"Report"un məlumatına görə, səfər Azərbaycan Xarici işlər Nazirliyi, Müdafiə Nazirliyi, Baş Prokurorluğu və Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunub.

Səfərdə iştirak edənlər artıq Füzuli hospitalında erməni hərbçilərinin yaraladığı Sərvinaz Quliyevaya baş çəkiblər.

Səfərdə “TRT”, “İhlas Haber Ajansı”, “MİR” Televiziyası, “Associated Press”, “RİA Novosti”, Amerikanın Səsi, “İnterfax”, “BBC” və digər xarici KİV nümayəndələri iştirak edir. Habelə, səfərdə 12 dövlətin 15 hərbi attaşesi və nümayəndəsi iştirak edir. Bu sırada ABŞ, Rusiya Federasiyası, Pakistan İslam Respublikası, Çin Xalq Respublikası, Koreya, Türkiyə, Qazaxıstan, Çexiya, Ukrayna, Gürcüstan, Belarus hərbi nümayəndələri və Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfirliyinin diplomatı iştirak edirlər.

Səfər çərçivəsində onlar iyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə atəşə tutması nəticəsində həlak olmuş Allahverdiyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhranın həlak olduqları hadisə yeri ilə tanış olacaqlar və əraziyə baxış keçiriləcəkdir. 

Son xəbərlər

Orphus sistemi