Xanlar Vəliyev: "Qaradağlı və Xocalıda törədilən cinayət əməlləri ilə əlaqədar 296 nəfər axtarışa verilib"

Xanlar Vəliyev: "Qaradağlı və Xocalıda törədilən cinayət əməlləri ilə əlaqədar 296 nəfər axtarışa verilib" Həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib
Qarabağ
30 Sentyabr , 2017 02:55
Xanlar Vəliyev: Qaradağlı və Xocalıda törədilən cinayət əməlləri ilə əlaqədar 296 nəfər axtarışa verilib

Bakı. 30 sentyabr. REPORT.AZ/ "24 mart 1990-cı il tarixdə Qazax rayonunun Bağanis-Ayrım kəndində, 22 dekabr 1991-ci il tarixdə keçmiş Əsgəran rayonunun Qaradağlı kəndində, 17 fevral 1992-ci il tarixdə keçmiş Ağdərə rayonunun Meşəli kəndində, 1992-ci il fevralın 26-na keçən gecə Xocalı şəhərində erməni silahlı birləşmələri tərəfindən soyqırımı cinayətləri, habelə ermənilər tərəfindən törədilmiş terror aktları və digər cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqrımına görə məsuliyyət nəzərdə tutan 103-cü və digər maddələrinə tövsif edilib, iş üzrə 296 təqsirləndirilən şəxs barəsində məhkəmələr tərəfindən həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilməsi təmin olunub".

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikası baş prokurorunun müavini, hərbi prokuror Xanlar Vəliyev "Xalq qəzeti"ndə dərc olunan məqaləsində deyib.

"Respublika Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsi tərəfindən erməni təcavüzkarlarının xalqımı- za qarşı törətdikləri cinayətlərin istintaqı ilə əlaqədar məqsədyönlü və səmərəli tədbirlərin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Erməni millətçilərinin xüsusi amansızlıqla və qəddarlıqla törətdikləri kütləvi qırğınların, bəşəriyyət və sülh əleyhinə soyqırımı cinayətlərinin tarixin yaddaşına həkk olunması, bütövlükdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu barədə gələcək nəsillərin ixtiyarına tutarlı dəlillərin və zəngin faktik materialların verilməsi mühüm elmi-siyasi və praktiki əhəmiyyətə malikdir", - deyə məqalədə qeyd olunur.

Son xəbərlər

Orphus sistemi