"Washington Times": ABŞ Dağlıq Qarabağ münaqişəsi ətrafında status-kvonu dəyişdirmək üçün səy göstərməlidir

"Washington Times": ABŞ Dağlıq Qarabağ münaqişəsi ətrafında status-kvonu dəyişdirmək üçün səy göstərməlidir "Status-kvonun saxlanması püskürməyə hazırlaşan vulkanın yanında dayanmağa bənzəyir"
Qarabağ
14 Aprel , 2016 11:17
Washington Times: ABŞ Dağlıq Qarabağ münaqişəsi ətrafında status-kvonu dəyişdirmək üçün səy göstərməlidir

Bakı. 14 aprel. REPORT.AZ/ ABŞ Konqresnin Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh barışığı əldə olunması istiqamətində addımlar atmasının vaxtı çatıb. Çünki bu atəşkəs əbədi davam etməyəcək.

"Report" xəbər verir ki, bu fikirləri Maayan-Ceff Hoffman "Washington Times" üçün yazdığı məqalədə bildirib.

Münaqişədə status-kvonun hələ də saxlanılmasından danışan müəllif ABŞ-ın bunu dəyişmək üçün səy göstərməli olduğunu vurğulayıb.

"Yenə atəşkəs elan olunsa da, status-kvonun saxlanması püskürməyə hazırlaşan vulkanın yanında dayanmağa bənzəyir. Dağlıq Qarabağ vulkanı bir neçə dəfə püskürüb və status-kvonun qəbuledilməz və qeyri-sabit olduğunu göstərib", - məqalədə qeyd edilib.

Müəllifin sözlərinə görə, Azərbaycan Avropa bazarlarına yeni qaz çatdıracaq. Cənub qaz dəhlizi beynəlxalq layihəsinin mühüm oyunçusudur.

M.Ceff-Hoffman daha bir amil kimi status-kvonun saxlanılması şəraitində Moskvanın regionda təsir qüvvəsinin artacağını göstərir: "Ekspertlərin çoxu son hadisələrdə atəşkəsin pozulmasıyla bağlı Ermənistanın - Rusiyanın vassal və oyuncaq dövlətinin məhz elə Moskvanın tapşırığı ilə ilk zərbəni vurduğunu düşünür. Çünki onlar həmin vaxt Vaşinqtonda Nüvə Təhlükəsizliyi Sammitində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevə xəbərdarlıq etmək istəyirdi".

Müəllif qeyd edib ki, rəsmi Moskva Ermənistanın tərəfində dayanıb: "Çünki Rusiya Yerevanı tam ələ keçirib".

Maayan-Ceff Hoffman ABŞ Konqresini növbəti zorakılığın qarşısını almaq, Rusiyanın hərəkətlərinə müdaxilə edərək xəbərdarlıq nümunəsi göstərmək və regionda ədaləti bərqərar etmək məqsədilə Cənubi Qafqazda daha fəal hərəkət etməyə çağırıb. 

Son xəbərlər

Orphus sistemi