Vyanada Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə olunacaq - EKSKLÜZİV

Vyanada Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə olunacaq - EKSKLÜZİV ATƏT Xarici İşlər Nazirləri Şurası çərçivəsində Minsk qrupu həmsədrlərinin görüşünün keçirilməsi istisna edilmir
Qarabağ
8 Noyabr , 2017 14:02
Vyanada Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə olunacaq - EKSKLÜZİV

Bakı. 8 noyabr. REPORT.AZ/ Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının Vyanada keçiriləcək iclasında müzakirə olunacaq.

Təşkilatın fəaliyyətdə olan sədrinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nazirlərin görüşü Avstriya paytaxtında dekabrın 7-8-də keçiriləcək. Qarşıdakı nazirlər toplantısı yalnız bir mövzu ətrafında olmayacaq.

"Avstriyanın ATƏT-də indiki sədrliyinin əsas prioritetləri keçiriləcək görüşdə müzakirə olunacaq ATƏT məkanında münaqişə zonalarında gərginliyin azaldılmasından əlavə, ekstremizm və radikalizmlə mübarizə, eləcə də təşkilatda çərçivəsində etimadın bərpası üzrə səylərdir. Dağlıq Qarabağ münaqişəsi məsələsi nazirlərin iclasında ayrıca mövzu olmasa da, nümayəndə heyətlərinin öz ənənəvi bəyanatlarında bu məsələyə müraciət etmək imkanları olacaq", - sədrin ofisindən bildiriblər.

Mətbuat xidmətinin məlumatına görə, nazirlərin ötən illər ərzindəki görüşündə, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak ediblər.

Vynadakı iclasa Avstriyanın xarici işlər naziri Sebastyan Kurts sədrlik edəcək. İkinci və üçüncü iş sessiyalarına isə əvvəlki və gələcək sədrlər rəhbərlik edəcək. 

Xatırladaq ki, gələn il təşkilata sədrlik Avstriyadan İtaliyaya keçəcək.

Son xəbərlər

Orphus sistemi