​Vyanada Azərbaycan və Ermənistan prezidentləri arasında görüş başlayıb

​Vyanada Azərbaycan və Ermənistan prezidentləri arasında görüş başlayıb Danışıqlarda Rusiya, Fransa və ABŞ-ın xarici siyasət idarələrinin rəhbərləri də iştirak edir
Qarabağ
16 May , 2016 22:45
​Vyanada Azərbaycan və Ermənistan prezidentləri arasında görüş başlayıb

Bakı. 16 may. REPORT.AZ/ Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyan arasında Dağlıq Qarabağ münaqişəsi zonasında 1990-cı illərin ortalarından bu yana ən qanlı döyüşlərin getdiyi aprel hadisələrindən sonra ilk görüş start götürüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, danışıqlarda ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri, həmçinin Rusiya və Fransanın xarici işlər nazirləri Sergey Lavrov və Jan-Mark Eyro və ABŞ-ın dövlət katibi Con Kerri iştirak edir.

Son xəbərlər

Orphus sistemi