Yuxarı
    Bağlamaq

    Ceyms Uorlik: "Vyana və Sankt-Peterburqdakı sammitlərdən sonra münaqişənin həlli prosesində irəliləmək üçün yaxşı imkan yaranıb"

    Sabah ATƏT-nin Minsk Qrupunun həmsədrləri Azərbaycan prezidenti ilə görüşməyi planlaşdırır

    Bakı. 22 oktyabr. REPORT.AZ/ "Vyana və Sankt-Peterburqdakı sammitlərdən sonra münaqişənin həlli prosesində irəliləmək üçün yaxşı imkan yaranıb"

    "Report" xəbər verir ki, bunu jurnalistlərə Bakıda səfərdə olan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.

    ATƏT MQ həmsədri Bakıya gecə saatlarında gəldiyini deyərək, sabah vasitəçilərin Azərbaycan prezidenti ilə görüşünün planlaşdırıldığını qeyd edib. 

    "Həmsədrlər regiondakı bu görüşləri səbirsizliklə gözləyir. Biz Dağlıq Qarabağ münaqişəsi ətrafında davamlı sülhün əldə olunması üçün mövcud format çərçivəsində tərəflərlə işləməyə hazırıq", - deyə C.Uorlik vurğulayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi