Vüqar Novruzov: "Diaspor üzvlərimiz arasında Moldovanın dövlət qurumlarında çalışa biləcək azərbaycanlı gənclər yetişməkdədir"

Vüqar Novruzov: "Diaspor üzvlərimiz arasında Moldovanın dövlət qurumlarında çalışa biləcək azərbaycanlı gənclər yetişməkdədir" "Moldovada yaşayan azərbaycanlıların sayı 5 minə yaxındır"
Qarabağ
11 Dekabr , 2017 12:35
Vüqar Novruzov: Diaspor üzvlərimiz arasında Moldovanın dövlət qurumlarında çalışa biləcək azərbaycanlı gənclər yetişməkdədir
Report

Kişinyov. 11 dekabr. REPORT.AZ/ "Moldovada yaşayan azərbaycanlıların sayı 5 minə yaxındır. Çalışırıq ki, milli maraqlarımızı tanıtmaqla yanaşı, bu ölkədə ümumi inteqrasiya proseslərində də aktiv iştirak edək".

Bu sözləri “Report”un Şərqi Avropa bürosuna müsahibəsində Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov deyib.

O, əlavə edib ki, rəhbərlik etdiyi konqres Azərbaycan həqiqətlərinin Moldova ictimaiyyətinə çatdırılması istiqamətində durmadan fəaliyyət göstərir.

“Konqresimiz işini Azərbaycanın Moldovadakı səfirliyilə sıx əməkdaşlıq şəraitində qurub. Bu gün keçirilən Beynəlxalq Milad Xeyriyyə yarmarkasında bizim bərabər fəaliyyətimiz səmərəli əməkdaşlığımızın nümünələrindən biridir. Artıq bu yarmarka Moldovada böyük maraq doğurur. Azərbaycan səfirliyi Kişinyovda fəaliyyətə başladıqdan bu günədək xeyriyyə yarmarkasında yüksək səviyyədə iştirak edir”, - deyə V. Novruzov vurğulayıb.

Konqres sədri onu da deyib ki, artıq bu gün Azərbaycan diasporunun üzvləri arasında Moldovanın bir sıra dövlət qurumlarında çalışa biləcək gənclər yetişməkdədir.

Son xəbərlər

Orphus sistemi