Yuxarı
    Bağlamaq

    Vladimir Putin: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım göstərməyə davam edir"

    Rusiya həm ATƏT-in Minsk qrupu çərçivəsində, həm də Yerevan və Bakı ilə birbaşa əlaqələr zamanı münaqişəsinin həllinə yardım edir

    Bakı. 15 mart. REPORT.AZ/ "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım göstərməyə davam edir".

    "Report" xəbər verir ki, bunu Prezident Vladimir Putin erməni həmkarı Serj Sarqsyanla Moskvada keçirdiyi birgə mətbuat konfransında deyib.

    Onun sözlərinə görə, bu məsələ S.Sarqsyan ilə bu gün keçirilən görüşdə də müzakirə olunub.

    "Rusiya həm ATƏT-in Minsk qrupu çərçivəsində, həm də Yerevan və Bakı ilə birbaşa əlaqələr zamanı münaqişəsinin hər iki tərəf üçün məqbul həllinə nail olunması üçün yardım göstərir", - Rusiya dövlət başçısı bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi