Vladimir Putin: "Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin real həllini istəyir"

Vladimir Putin: "Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin real həllini istəyir" "Rusiya qonşuları arasında yaranmış gərgin münasibətin aradan qaldırılmasında maraqlıdır"
Qarabağ
10 Avqust , 2016 19:21
Vladimir Putin: Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin real həllini istəyir

Bakı. 10 avqust. REPORT.AZ/  Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin real həllini istəyir. 

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

O, Ermənistan prezidenti Serj Sarqsyan ilə görüşdə deyib ki, münaqişə tərəfləri real olaraq Dağlıq Qarabağ böhranından xilas olmaq istəyir.

V.Putin vurğulayıb ki, Rusiya Yerevanla Bakı arasında gərginliyin azalmasında maraqlıdır və kompromisin əldə olunması üçün həll yollarının axtarılmasında yardımını davam etdirəcək: "Rusiya qonşuları arasında yaranmış gərgin münasibətin aradan qaldırılmasında maraqlıdır. Biz ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin həll yolunun tapılmasında və Yerevanla Bakı arasında birbaşa əlaqələrin yaradılmasında köməyimizi davam etdirəcəyik. Ümidvarıq ki, Ermənistan və Azərbaycan bu münaqişədən nə qalib, nə də məğlub kimi çıxacaq, ümumi bir kompromis yolu tapılacaq". 

V.Putin əlavə edib ki, Rusiya və Minsk qrupunun bəzi ölkələri Qarabağ münaqişəsinin həllində təminatçı kimi çıxış edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi