Bakı.18 fevral. REPORT.AZ/ ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoriya Nuland İrəvanda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüb.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, tərəflər iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirib.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi də müzakirə edilib, Minsk qrupunun həmsədrlərindən biri kimi ABŞ-ın rolunun vacibliyi vurğulanıb.