Yuxarı
    Bağlamaq

    ​Viktor Yuşşenko: "Dağlıq Qarabağ müharibəsində bir təcavüzkar var, o da Rusiyadır"

    Abxaziya, Dnestryanı, Cənubi Osetiya, Krım və Donbassda eyni təcavüzkardır

    Bakı. 2 mart. REPORT.AZ/ "Narıncı inqilab"ın lideri, Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenko bildirib ki, "Qərb Ukraynanı pis vəziyyətdə qoydu və 1994-cü ildə imzalanmış Budapeşt memorandumuna baxmayaraq Rusiyanın bizim dövlətin ərazi bütövlüyünü pozmasına imkan verdi".

    "Report" xəbər verir ki, bu barədə o "Qordon" nəşrinə müsahibəsində bildirib.

    "Bizim Ukrayna" partiyasının ("Naşa Ukraina") lideri güman edir ki, məhz Qərb Ukraynanı aldadıb, çünki indi danışıqlar üçün elə şərait yaradılır ki, bu, ölkəyə Krımı geri qaytarmağa və Rusiya ilə hərbi münaqişə çərçivəsində hesablaşmağa imkan vermir.

    Qərbin Ukraynaya maddi yardım göstərməyə çalışmasına və Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinə baxmayaraq, Yuşşenko hesab edir ki, əsas geosiyasi münaqişə bu şəkildə həll olunmur.

    "Bu gün ən aktual geosiyasi məsələ hansıdır? Avropanın mərkəzində ölkənin ərazi bütövlüyü və suverenliyinin itirilməsi və müharibə. Hamı çoxdan əmin olub ki, Dağlıq Qarabağda, Abxaziyada, Dnestryanıda, Cənubi Osetiyada, Krımda, Donbassda təcavüzkar eynidir - Rusiya. Hər yerdə və hər tərəfdə yalnız Rusiya", – deyə Ukrayna prezidenti bildirib.

    "Postsovet məkanında Dağlıq Qarabağdan tutmuş Cənubi Osetiyayadək heç bir münaqişədə Ukraynadakı vəziyyətdə nəzərdə tutulan mexanizmlər olmayıb. Ukraynadan başqa heç kimdə, nə Gürcüstanda, nə Azərbaycanda, nə də Moldovada belə zəmanətlər yox idi. Və ortaya nə çıxır? Bizim əlimizdə belə güclü alət ola-ola, biz münaqişənin nizamlanması üzrə Zaxarçenko və Plotnitski ilə "məsləhətləşmələr" aparırıq. Sizə elə gəlmir ki, oyun bir qapıya oynanılır? " – deyə Yuşşenko əlavə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi