Yuxarı
    Bağlamaq

    Viktor Yuşenko: "Dağlıq Qarabağ münaqişəsi Avropanın təhlükəsizliyinə təhlükədir"

    Son 25 ildə diplomatiya bu münaqişələrin heç birini həll etməyib
    © Report

    Bakı. 4 may. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsi Avropanın təhlükəsizliyinə təhlükədir". 

    "Report"un verdiyi xəbərə görə, bu barədə VI Qlobal Bakı Forumunun hesabatının təqdimatı zamanı Ukraynanın keçmiş prezidenti Viktor Yuşenko deyib. 

    "Dağlıq Qarabağ və digər regional münaqişələr Xəzər dənizindən tutmuş Qara və Baltik dənizlərinədək Avropanın təhlükəsizliyi üçün təhlükədir. Tarix göstərir ki, son 25 ildə diplomatiya bu münaqişələrin heç birini həll etməyib. Buna baxmayaraq, dialoqun davam etdirilməsi vacibdir və Qlobal Bakı Forumu kimi tədbirlər bunun üçün əvəzedilməz bir platformadır", - eks-prezident qeyd edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi