Vətəndaş Sülh Platforması Ermənistan qadınlarının Azərbaycan qadınlarına müraciəti ilə əlaqədar bəyanat yayıb

Vətəndaş Sülh Platforması Ermənistan qadınlarının Azərbaycan qadınlarına müraciəti ilə əlaqədar bəyanat yayıb Bakı. 18 sentyabr. REPORT.AZ/ Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması Ermənistan qadınlarının Azərbaycan qadınlarına müraciəti ilə əlaqədar bəyanat yayıb.
Qarabağ
18 Sentyabr , 2018 09:10
Vətəndaş Sülh Platforması Ermənistan qadınlarının Azərbaycan qadınlarına müraciəti ilə əlaqədar bəyanat yayıb

Bakı. 18 sentyabr. REPORT.AZ/ Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması Ermənistan qadınlarının Azərbaycan qadınlarına müraciəti ilə əlaqədar bəyanat yayıb. 

Platformanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bəyanatda deyilir:

"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi dünyanın ən qanlı və uzun müddətli münaqişələrindən biridir. Sülh danışıqlarının uzanması və effektivliyinin olmaması hər iki ölkədə ictimaiyyətin həssaslığına mənfi təsir göstərir.

Onilliklər ərzində, hərbi əməliyyatların bərpası təhlükəsinin potensial mənbəyi olan münaqişənin həlli üçün alətlərin olmaması bütün Cənubi Qafqaz regionu üçün ciddi təhlükə yaradır.

Son illərdə baş verən qarşıdurmalar misli görünməmiş intensivliyi ilə fərqlənir və münaqişənin hər iki tərəfində həm hərbiçilərin, həm də mülki şəxslərin çoxlu sayda itkisinə səbəb olur.

Bir çox insan döyüş meydanından tam və ya qismən əlil olaraq qayıdıb. Həmçinin müharibə əməliyyatları ilə bağlı olmayan şəraitdə də böyük itkilər mövcuddur.

Bu vəziyyətdə xüsusilə ağır yük anaların, həyat yoldaşların və bu ailələrin üzvlərinin çiyinə düşür. Hələ də acı itkilərin yükünü daşıyan qadınların sayı hesabı yoxdur. Və onların bu acısı zaman getdikcə azalmır. Dünyada heç bir ana, müharibəni və yeni itkiləri arzulaya bilməz.

Heç bir qadın başqa bir qadını, hətta cəbhə xəttinin o tərəfində yaşayan qadını özünün yaşadığı eyni kədər və sarsıntıya məruz qalmasını istəmir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə və iki xalq arasında uzunmüddətli barışıqların təmin edilməsinə ictimai dəstəyi təşkil etmək məqsədi olan Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində qadınların rolunu yüksək qiymətləndirir və bunu təhlükəsizliyin təmin edilməsi, sürətli bərpa və barışın təmin edilməsi üçün vacib hesab edir.

Ermənistanın Baş nazirinin həyat yoldaşı Anna Akopyan azərbaycanlı qadınları müharibəyə son qoymaq üçün sülh kampaniyasına qoşulmağa çağırıb.

Biz əminik ki, Azərbaycan anaları da müharibəyə qarşıdılar və öz torpaqlarında sülhün bərqərar olmasını istəyirlər.

Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması Ermənistan və Azərbaycan qadınlarını Ermənistan və Azərbaycan arasında ədalətli sülhün təmin olunmasını və Dağlıq Qarabağ münaqişəsini hər iki ölkənin ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədləri və suverenliyi, beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair qəbul etdiyi 4 qətnaməsinə uyğun olan hər bir sülh təşəbbüsünə qoşulmağa və oğullarının həyatını təhlükəyə atmamaq üçün hər cür səy göstərməyə çağırır

Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması sülhün və təhlükəsizliyin qorunmasına yardım etməyə hazır olan hər kəsə şərait yaratmaq üçün səy göstərir və xalqlarımız arasında sülhün və xoş qonşuluqun bərpası üçün birgə səylər göstərməyə çağırır!"

Son xəbərlər

Orphus sistemi