Yuxarı
    Bağlamaq

    Vassilis Maragos: "Avropa İttifaqı Dağlıq Qarabağla əməkdaşlıq etmir, oradan mal idxal olunmur"

    Dinlə
    Avropa İttifaqının Şərq Qonşuluğunda Regional Proqramlar Bölməsinin rəhbəri Vassilis Maragos

    Bakı. 8 may. REPORT.AZ/ “Azərbaycan regionda təhlükəsizliyin və sabitliyin təşəbbüskarıdır. Ölkəmizin qonşu dövlətlərlə münasibətləri normaldır. Azərbaycan, Gürcüstan və Türkiyə ilə birgə əməkdaşlıq edir, bu dövlətlərlə bir sıra layihələrə imza atıb”.

    “Report”un xəbərinə görə, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının ikinci sessiyasında Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşı, səfir Kamil Xasıyev deyib.

    O qeyd edib ki, Azərbaycan beynəlxalq layihələrin icrasında maraqlıdır: “Biz əməkdaşlıq deyəndə, yalnız region dövlətlərini nəzərdə tutmuruq, digər dünya dövlətləri ilə də əməkdaşlığa təşəbbüs göstəririk".

    Avropa İttifaqının Şərq Qonşuluğunda Regional Proqramlar Bölməsinin rəhbəri Vassilis Maragos isə çıxışında deyib ki, Avropa İttifaqı Dağlıq Qarabağla əməkdaşlıq etmir: "Münaqişə zonalarından, o cümlədən Dağlıq Qarabağdan hər hansı mal idxal olunmur". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi