Yuxarı

Vaşinqton Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində insidentə görə narahatdır

Psaki: Bu regionda gərginliyin azaltma zərurəti haqqında daha bir xatırlatmadır

Bakı. 13 noyabr. REPORT.AZ/ Rəsmi Vaşinqton Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində Azərbaycanın Silahlı Qüvvələri (SQ) tərəfindən hərbi helikopterin vurulması ilə bağlı insidentə görə narahatdır. "Report"un "Radio Liberty"yə istinadən verdiyi xəbərə görə,  ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki bildirib ki, bu insident regionda gərginliyin azaltma və atəşkəs rejiminə riayət etmə zərurətinin vacibliyini göstərir.

Psaki vurğulayıb ki, "münaqişənin hərbi yolla həlli" mövcud deyil. 

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək Azərbaycan mövqelərinə hücum edib. Azərbaycan qoşunları tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi