Vaqif Dərgahlı: "Afərin Arsruna ki, bizə növbəti dəfə haranı azad etməli olduğumuz oriyentirləri dəqiq göstərib"

Vaqif Dərgahlı: "Afərin Arsruna ki, bizə növbəti dəfə haranı azad etməli olduğumuz oriyentirləri dəqiq göstərib" Bakı. 23 iyul. REPORT.AZ/ Bu üsulla Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Google Earth vasitəsilə planetin hər hansı bir nöqtəsinin görüntüsünü çəkərək, onu erməni ictimaiyyətinə təqdim edə bilər. Eyni yolla erməni ordusunun göstərilən ərazini öz nəzarəti altında saxladığını da fotonun aşağısında yazmaq mümkündür.
Qarabağ
23 İyul , 2018 18:37
Vaqif Dərgahlı: Afərin Arsruna ki, bizə növbəti dəfə haranı azad etməli olduğumuz oriyentirləri dəqiq göstərib
Müdafiə Nazirliyi

Bakı. 23 iyul. REPORT.AZ/ "Bu üsulla Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Google Earth vasitəsilə planetin hər hansı bir nöqtəsinin görüntüsünü çəkərək, onu erməni ictimaiyyətinə təqdim edə bilər. Eyni yolla erməni ordusunun göstərilən ərazini öz nəzarəti altında saxladığını da fotonun aşağısında yazmaq mümkündür.

Bu gün hətta məktəbli də həmin üsulla internet proqramından istifadə edərək istənilən ərazinin surətini çıxarıb onu sosial şəbəkələrdə paylaşa bilər".

Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vagif Dərgahlı bildirib.

"Zarafatı bir kənara qoysaq, afərin Arsruna ki, bizə növbəti dəfə haranı azad etməli olduğumuz oriyentirləri dəqiq göstərib" – V.Dərgahlı əlavə edib.

Xatıqrladaq ki, Arsrun Hovannisyan bu günlərdə öz Facebook səhifəsində paylaşdığı fotoları erməni mövqelərindən özünün çəkdiyini, həmçinin görüntülərin guya Ordubad şəhərinə və ətraf kəndlərə aid olduğunu iddia etmişdi.

Son xəbərlər

Orphus sistemi