Uorlik: "Ümid edirəm ki, yaxın vaxtlarda regiona səfər edəcəyik"

Uorlik: "Ümid edirəm ki, yaxın vaxtlarda regiona səfər edəcəyik" Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri yaxın vaxtlarda regiona səfər etməyi planlaşdırır
Qarabağ
16 Mart , 2016 15:23
Uorlik: Ümid edirəm ki, yaxın vaxtlarda regiona səfər edəcəyik

Bakı. 16 mart. REPORT.AZ/ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri yaxın vaxtlarda regiona səfər etməyi planlaşdırır.

Bu barədə "Report"a ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik bildirib.

"Regiona səfərin tarixi hələ məlum deyil, amma ümid edirəm ki, yaxın vaxtlarda regiona səfər edəcəyik", - deyə o qeyd edib.

Xatırladaq ki, vasitəçilər sonuncu dəfə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini dekabrın 3-4-də ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Belqradda müzakirə edib. Dekabrın 19-da isə İsveçrənin Bern şəhərində ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilmişdi.

Son xəbərlər

Orphus sistemi