​Uorlik: Tərəflər müharibə variantını istisna etməlidirlər

​Uorlik: Tərəflər müharibə variantını istisna etməlidirlər "Heç kim Dağlıq Qarabağda münaqişənin böyüməsində maraqlı deyil"
Qarabağ
13 Noyabr , 2014 12:14
​Uorlik: Tərəflər müharibə variantını istisna etməlidirlər

Bakı. 13 noyabr. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik qoşunların təmas xəttində Ermənistan helikopterinin vurulması ilə bağlı insidenti şərh edib.

"Report"un xəbərinə görə, C.Uorlik öz Tvitter səhifəsində  yazıb ki, "heç kim Dağlıq Qarabağda münaqişənin böyüməsində maraqlı deyil".

Amerikalı həmsədr vəziyyətin gərginləşməsinə yol verməməyə və "müharibə variantını istisna etməyə" çağırıb.

Qeyd edək ki, hadisə ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək Azərbaycan mövqelərinə hücum edib. Azərbaycan qoşunları tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

Son xəbərlər

Orphus sistemi