Uorlik: "Qarabağ münaqişəsinin ideal həlli qalib və məğlubu nəzərdə tutmur"

Uorlik: "Qarabağ münaqişəsinin ideal həlli qalib və məğlubu nəzərdə tutmur" "Tərəflərdən biri güzəştə getməli olduğu təqdirdə, danışıqlar uğurlu olmur"
Qarabağ
11 Sentyabr , 2016 22:52
Uorlik: Qarabağ münaqişəsinin ideal həlli qalib və məğlubu nəzərdə tutmur

Bakı. 11 sentyabr. REPORT.AZ/ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ideal həlli yolu qalib və məğlubun olmamasıdır.

"Report" xəbər verir ki, bunu "İnterfax"a müsahibəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

"ABŞ üçün ideal həll yolu Rusiya və Fransa tərəfinin də hesab etdiyi ssenaridir. Sülh yolu ilə nizamlanmaya gəlmə cəhdləri çox uzun çəkir və xeyli güc aparır. Münaqişə olduqca uzun vaxtdır ki davm edir, 20 il ərzində həddindən artıq insan həlak olub. Amma bu münaqişə nizamlana bilər. Bizdə nizamlanmanın şərtləri var, onlar hamıya məlumdur, biz onları müzakirə etmişik.

Bizim üçün ideal həll (ssenarisi – red.) qalib və məğlubu nəzərdə tutmur, o hər iki tərəf üçün sərfəli olmalıdır. Başqa məsələlərlə bağlı uzun illər danışıqlar aparmış bir şəxs kimi deyə bilərəm ki, tərəflərdən biri güzəştə getməli və qurban verməli olduğu təqdirdə, danışıqlar uğurlu olmur. Danışıqlar o zaman uğurlu olur ki, hər iki tərəf – Ermənistan və Azərbaycan sakinləri qalib gəlir, bütün region sülh və təhlükəsizlik şəraitində yaşamağa layiqdir".

O erməni və azərbaycanlıların yaxın vaxtlara qədər birgə yaşadıqlarını xatırladıb və indi vəziyyətin belə olmamasına üzüldüyünü bildirib:

"Yaxın vaxtlara qədər erməni və azərbaycanlılar sülh və əmin-amanlıq şəraitində yaşayıblar. İndi o vaxtlar geridə qalıb. Kədərlidir, amma faktdır ki, yeni nəsil erməni və azərbaycanlılar bir-birilərini tanımadan böyüyüblər. Onlar bir-birilərini yalnız mətbuat və xəbərlərdən tanıyırlar. Bu kədərlidir. Biz insanlar arasında əlaqə görmək, həmçinin münaqişənin sülh yolu ilə həlli qismində erməni və azərbaycanlıların birlikdə yaşaya bilmələrini görmək istərdik. Mən inanıram ki, həm Ermənistanda, həm də Azərbaycanda buna hazır olan çoxsaylı insanlar var".

Son xəbərlər

Orphus sistemi