Yuxarı

​Uorlik: "Qarabağ münaqişəsi zonasında pilotsuz uçan aparatlardan istifadə olunması təxribatdır"

ATƏT-in Minsk qupunun həmsədri erməni pilotsuz təyyarəsinin dünən vurulması faktını şərh edib

Bakı. 30 yanvar. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun ABŞ-lı həmsədri Ceyms Uorlik erməni pilotsuz uçan aparatının vurulması faktını şərh edib.

"Report" xəbər verir ki, həmsədr öz twitter səhifəsində qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi zonasında, qoşunların təmas xəttinin pilotsuz uçan aparatlardan istifadə olunmaqla pozulması cəhdləri təxribatdır. "Tərəflər gərginliyi azaltmalıdırlar", - Uorlik deyib.

Xatırladaq ki, yanvarın 29-da saat 14.00 radələrində cəbhənin Ağdam rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrimizin mövqeləri üzərində Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat (PUA) Hərbi Hava Qüvvələrimiz tərəfindən məhv edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi