Uorlik: "Qarabağ münaqişəsi tərəflərinə heç bir yeni təklif verilməyib"

Uorlik: "Qarabağ münaqişəsi tərəflərinə heç bir yeni təklif verilməyib" "Bu sadəcə müzakirə etmək imkanıdır"
Qarabağ
18 Fevral , 2015 11:43
Uorlik: Qarabağ münaqişəsi tərəflərinə heç bir yeni təklif verilməyib

Bakı. 18 fevral. REPORT.AZ/ Hazırkı regiona edilən səfər zamanı ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi tərəflərinə heç bir yeni təklif verməyib. "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ATƏT MQ amerikalı həmsədri Ceyms Uorlik bildirib.

İrəvanda Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla danışıqlardan sonra jurnalistlərin münaqişə tərəflərinə təqdim etmək üçün həmsədrlərin hansı təkliflərlə gəlməsi barədə suallarını cavablandıran C.Uorlik bildirib: "Heç bir təklif yoxdur, bu sadəcə müzakirə etmək imkanıdır".

Xatırladaq ki, həmsədrlər bu həftə regiona səfər edib. Fevralın 16-da onlar Bakıda olub, fevralın 17-də isə İrəvana gediblər. 

Son xəbərlər

Orphus sistemi