Yuxarı
    Bağlamaq

    Uorlik: "Qarabağ münaqişəsinin həlli üzrə danışıqları yeni səviyyəyə çıxarmağın vaxtı çatıb"

    Hər iki ölkənin cəmiyyətlərini Dağlıq Qarabağ ətrafında danışıqların gedişi haqqında məlumatlandırmaq vacibdir

    Bakı. 17 sentyabr. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqları yeni səviyyəyə çıxarmağın vaxtı çatıb".

    "Report" "Reqnum"a istinadən xəbər verir ki, bu barədə Yerevanda jurnalistlərə ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlik bildirib. 

    Onun sözlərinə görə, artıq münaqişəli ölkələrin dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində keçirilən görüşlər kifayət etmir: "Tərəflərin müstəqil şəkildə müəyyənləşdirəcəyi formatda rəsmi danışıqlara ehtiyac var" - deyə, o bildirib.  

    Ceyms Uorlik həmçinin hər iki ölkə ictimaiyyətinin Dağlıq Qarabağ ətrafında danışıqların gedişi haqqında məlumatlandırmağın, eləcə də atəşkəs rejiminə riayət etməyin vacibliyini qeyd edib. "Biz prosesin yekun nəticəsini qabaqcadan müəyyən etmək istəmirik və problemin həllinə gətirib çıxaracaq danışıqların aparılmasının tərəfdarıyıq" - Uorlik deyib. 

    Diplomat hesab edir ki, danışıqlarda irəliləyiş və uzunmüddətli sülhə yalnız tərəflər və Azərbaycan və Ermənistan cəmiyyətləri arasında etimad yarandığı təqdirdə nail olmaq mümkündür. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi