Bakı. 20 mart. REPORT.AZ/ "Dağlıq Qarabağda zorakılığın bərpa olunması faciədir və atəşkəs rejimini pozur. Tərəflər bir-birini ittiham edir, bu hərəkətlər isə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə xələl gətirir. "Report" xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz twitter səhifəsində yazıb.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, martın 19-da təmas xəttində silahlı toqquşma nəticəsində 20-yə yaxın erməni əsgəri öldürülüb və yaralanıb.