Uorlik: "Bölgədə sabitliyin bundan sonra pozulmasında tərəflərin hər hansı birinin maraqlı olduğuna inanmıram"

Uorlik: "Bölgədə sabitliyin bundan sonra pozulmasında tərəflərin hər hansı birinin maraqlı olduğuna inanmıram" "Biz başqa beynəlxalq strukturlara Dağlıq Qarabağ münaqişəsi haqda öz mövqeyini bildirməyi qadağan edə bilmərik"
Qarabağ
25 Noyabr , 2015 10:59
Uorlik: Bölgədə sabitliyin bundan sonra pozulmasında tərəflərin hər hansı birinin maraqlı olduğuna inanmıram

Bakı. 25 noyabr. REPORT.AZ/ "Bölgədə sabitliyin bundan sonra pozulmasında tərəflərin hər hansı birinin maraqlı olduğuna inanmıram".

"Report" xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistanda referendumqabağı (dekabrın 6-da Ermənistanda konstitusiya islahatı ilə bağlı referendum keçiriləcək - "Report") sabitliyin pozulması üçün Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində gərginliyin artırılması ehtimalı ilə bağlı jurnalistlərin sualına cavabında deyib.

"Biz Azərbaycan və Ermənistan prezidentlərinin gələn aya nəzərdə tutulan səfəri öncəsi tərəflərin atəşkəsə əməl edəcəklərini, ədalətli danışıqlar aparacaqlarını gözləyirik " - o, bildirib.

Erməni jurnalistin "Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən nə gözləyirsiz" - sualını Ceyms Uorlik belə cavablandırıb: "Biz prezidentlərin gərginliyin zəiflədilməsi, xüsusi ilə mülki əhali arasında qurbanların olmasının aradan qaldırılması yollarını, eləcə də əvvəlki görüşlərdə olduğu kimi bu dəfə də münaqişənin tənzimlənməsi ilə bağlı təklifləri müzakirə edəcəklərini gözləyirik. Ümid edirəm ki, prezidentlər arasında görüş prosesin dinc yolla həllinə dönüş olaraq, qarşıdan gələn il ərzində danışıqlara yeni təkan verəcək ".

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Siyasi məsələlər üzrə Komitəsinin "Dağlıq Qarabağda, eləcə də Azərbaycanın işğal altında olan başqa ərazilərində gərginliyin artması" haqda hesabatı təsdiqləməsi ilə bağlı suala cavab verərkən isə Uorlik deyib: "Biz başqa beynəlxalq strukturlara Dağlıq Qarabağ münaqişəsi haqda öz mövqeyini bildirməyi qadağan edə bilmərik".

Qeyd edək ki, Ermənistan KİV-i Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarqsyanın bu il dekabrın 1-də Fransada keçiriləcək "İqlim dəyişikliyi" ilə bağlı 21-ci konfrans çərçivəsində görüşəcəklərini yazmışdı.

Bu tədbir noyabrın 30-dan dekabrın 12-dək keçiriləcək.

Son xəbərlər

Orphus sistemi