Yuxarı

​Uorlik: "Azərbaycan və Ermənistandakı insanların sülh şəraitində yaşamaq haqqı var"

Biz Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda Rusiya ilə fəaliyyətimizi davam etdiririk

Bakı. 15 iyul. REPORT.AZ/ "Bizim birgə işləməyimiz çox vacibdir, çünki Ermənistan və Azərbaycandakı insanların sülh şəraitində yaşamaq haqqı var. Biz Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda Rusiya ilə fəaliyyətimizi davam etdiririk". 

"Report" xəbər verir ki, bu barədə Rusiyanın "Dojd" telekanalına verdiyi müsahibəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.

"Madrid prinsipləri münaqişələrin sülh yolu ilə həlli üçün əsasdır. Bu prinsiplərin komponentləri dəyişməz qalır və gələcəkdə onlar böyük sülh sazişinin təməli olacaq", - ATƏT-in Minsk qrupunun həmsədri deyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi