​Uorlik: "Azərbaycan və Ermənistan prezidentləri danışıqların intensivləşdirilməsini istəyirlər"

​Uorlik: "Azərbaycan və Ermənistan prezidentləri danışıqların intensivləşdirilməsini istəyirlər" "Bu münaqişə artıq xeyli müddətdir davam edir və çoxlu sayda insanın həyatına son qoyub"
Qarabağ
13 May , 2015 10:44
​Uorlik: Azərbaycan və Ermənistan prezidentləri danışıqların intensivləşdirilməsini istəyirlər

Bakı. 13 may. REPORT.AZ/ "Azərbaycan və Ermənistan prezidentlərinin görüşəcəyi tarix hələ dəqiqləşməyib, lakin hər iki dövlət başçısı danışıqların intensivləşdirilməsini istəyirlər".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Vaşinqtonda verdiyi açıqlamasında deyib.

"Prezidentlərinin görüşəcəyi tarix hələ dəqiqləşməyib, lakin hər iki dövlət başçısı danışıqların intensivləşdirilməsini istəyir. Vasitəçilərin rolunun normal danışıqlar prosesinin hazırlanmasından ibarət olduğunu nəzərə alaraq, biz bu yaxınlarda iki ölkə prezidentlərinin görüşünü hazırlamaq üçün regiona səfər edəcəyik" , - həmsədr deyib.

Onun fikrincə, münaqişə tərəfləri hazırda konfliktin sülh yolu ilə həllini istəyirlər.

"Bu münaqişə artıq xeyli müddətdir davam edir və çoxlu sayda insanın həyatına son qoyub. Biz istəyirik ki, buna son qoyulsun", - həmsədr vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi