Yuxarı

Uorlik: ​"ATƏT-in MQ həmsədrləri təmas xəttində gərginliyin artmasından çox narahatdılar"

Vasitəçilər tezliklə regiona səfər edəcək

Bakı. 3 fevral. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri son zamanlar Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində qeydə alınan gərginliyin artmasından çox narahatdılar. "Report" xəbər verir ki, bu barədə "Amerikanın səsi" radiostansiyasına müsahibəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib. 

Onun sözlərinə görə, son dövrdə qeydə alınan insidentlər və gərginliyin artması regionun bütün ölkələrinə ziyan vurur.

"Biz, tezliklə regiona səfər etməyi və bütün tərəflərlə, eləcə də prezidentlərlə danışıqlar aparmağı planlaşdırırq", - həmsədr vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi