Yuxarı
    Bağlamaq

    Uorlik: "ATƏT-in Minsk qrupunun bütün üzvləri ilə birgə fəaliyyəti səbirsizliklə gözləyirik"

    Minskdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görüşlər səmərəli olub

    Bakı. 13 mart. REPORT.AZ/ "Minskdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görüşlər səmərəli olub. Biz ATƏT-in Minsk qrupunun bütün üzvləri ilə birgə fəaliyyəti səbirsizliklə gözləyirik". "Report" xəbər verir ki, bu barədə ATƏT Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz twitter səhifəsində yazıb. 

    Martın 12-də vasitəçilər Minskdə Belarus XİN rəhbəri Vladimir Makeyevlə məsləhətləşmələr aparıblar. 

    Bir müddət əvvəl fransalı həmsədr Pyer Andryö "Report"a bildirib ki, vasitəçilər Minsk, Belqrad, eləcə də İtaliyaya səfər edəcəklər. Səfərlərin məqsədi Minsk qrupuna daxil olan ölkələri Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin gedişi haqqında məlumatlandırmaqdır. 

    Xatırladaq ki, ATƏT-in Minsk qrupuna 3 həmsədr ölkədən başqa Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya və Türkiyə daxildir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi