Yuxarı
    Bağlamaq

    Ukraynalı siyasətçi: "Erməni deputatlar məni konyakla satın almaq istəyirdilər ki, Qarabağı Azərbaycanın hesab etməyim"

    İndi mən dəqiq bilirəm: Gülməli iş görmək istəyirsənsə, Ermənistan parlamentindən müşavir çağır

    Bakı. 25 yanvar. REPORT.AZ/ Ukraynanın xalq deputatı, Avropa Şurası Parlament Assambleyasında (AŞPA ) "Avropada jurnalistlərə və söz azadlığına təhdidlər barədə" hesabatın müəllifi Vladimir Aryev bildirib ki, iclas ərəfəsində erməni nümayəndə heyəti onu konyakla satın almaq istəyib.

    "Report" xəbər verir ki, o, bu barədə öz "Facebook" səhifəsində yazıb.

    "AŞPA mənim Avropada söz azadlığına dair hesabatımı qəbul etdi. Bu, mübaliğəsiz bir jest idi!", – deyə o qeyd edib.

    Siyasətçinin sözlərinə görə, dinləmələrin sakit axarını Ermənistan təmsilçiləri pozublar.

    "Dünən erməni deputatlar Strasburqda əllərində konyak arxamca düşmüşdülər ki, mən Dağlıq Qarabağın Azərbaycana məxsus olması fikrindən imtina edim, bu gün isə Assambleyada hansısa üçmanatlıq kompromatla gəliblər ki, "Aryevin nənəsi azərbaycanlıdır". İndi mən dəqiq bilirəm: Gülməli iş görmək istəyirsənsə, Ermənistan parlamentindən müşavir çağır", – deyə Aryev bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi